Kosmetologiya

Gün lekelerini nece aparmaq olar?

Yaz ve yay aylarında günesden qorunmadıqda deride lekeler emele gelir. Bes gün lekelerini nece aparmaq olar? Bunun üçün bir sıra kosmetoloji prosedurlar ve ev seraitinde edilen maskalar mövcuddur. Gelin onlarla tanıs olaq. 

Gün lekelerini nece aparmaq olar – Kimyevi pilinq

Deriye AHA tursuları, C vitamini, retinol ve antioksidantlardan ibaret qarısıq çekilir. Tursular leke sahesinde derinin buynuz qatını qopararaq, yeni hüceyrelerin yaranmasını stimule edirler. 

Prosedurun üstünlüklerine uzunmüddetli effekt, münasib qiymet ve leke ile birge çapıqların da itmesi aiddir. Kimyevi pilinqin çatısmazlığı prosesin 2 aya qeder uzun vaxt teleb etmesidir.  

Gün lekelerini mezoterapiya ile nece aparmaq olar?

Mezoterapiyanın klassik (iyne ile) ve qeyri-invaziv (aparatla) formaları vardır. Prosedurun mahiyyeti dermaya vitamin, tursu ve antioksidant kokteylinin yeridilmesinden ibaretdir. Bu qarısıq derinin regenerasiyasına, melanin sintezinin normaya düsmesine sebeb olur.  

4

Gün lekelerini nece aparmaq olar – Lazerle cilalanma

Piqment lekeleri aradan qaldıran en effektiv prosedurdur. Lazer piqmenti dağıdır, neticede leke sahesi ağarır ve 1 ay erzinde derinin tebii rengini alır. Adeten 1-3 seans teleb olunur. Netice ömürlükdür.  

Gün lekelerini lazerle nece aparmaq olar?

Gün lekelerini nece aparmaq olar – Fototerapiya 

Fototerapiyanın prinsipi lazerle cilalanmada olduğu kimidir. İsıq süası hiperpiqmentasiya zonasında udulur, piqment dağılır ve defekt olan hisse ağarır. Prosedur ağrısız keçir. Lekelerin tam itmesi üçün 5-10 seans lazım gelir.  

Gün lekelerini ev seraitinde nece aparmaq olar? 

Kosmetoloji prosedurlara imkanı olmayanlar evde xalq tebabeti üsullarına el atırlar. Onlar arasında asağıdakı reseptler daha meshurdur:  

  1. Ceferi maskası. Göyerti siresini bal ve limon suyu ile qarısdırıb, lekelerin üzerine çekin. 20 deqiqe gözledikden sonra yuyun. Maskanı seher ve günorta saatlarında edib, küçeye çıxmaq olmaz. Bele ki, ceferi fotohessaslığı artırdığından günes süalarının tesirinden çiller yaranır.  
  2. Xiyar suyu. Bu terevez piqment lekelerini ağardır, mesameleri daraldır, tonuslandırıcı tesir gösterir.  
  3. Sitrus meyvesinin siresi. Limon ve laymın terkibindeki meyve tursuları salonlardakı kimyevi pilinq kimi tesir edir. Onlar buynuzlasmıs hüceyreleri qoparır, deri tonunu beraberlesdirir, mesameleri daraldır. Bunun üçün limon ve ya laym dilimini 15 deqiqe müddetinde lekenin üzerine qoyun. Vaxt bitdikde derinizi su ile yuyun.  
  4. Qatıq maskası. Süd tursusu derini qidalandırır, nemlendirir ve en esası lekelerle mübarize aparır. Maskaya bal elave etdikde tesiri daha da güclenir. Qarısığı üzde 20 deqiqe saxladıqdan sonra yuyun ve derinize nemlendirici krem çekin.  

Gün lekelerini nece aparmaq olar?

Ev seraitinde edilen maskalar ucuz basa gelse de onların tesiri zeif olur. En düzgün çıxıs yolu hekim-kosmetoloqun müayinesinden keçib, onun meslehetlerine emel etmekdir.   




Daha çox melumat

Rəy yazın

Back to top button