Saç tökülməsi

Saç tökülmesine qarsı ne etmeli?

Her gün 50-100 eded saç telinin tökülmesi normaldır. Çünki ayrılan tükler ümumi saçın 1%-den az hissesini teskil edir. Belelikle, tebii yenilenme bas verir. Eger gün erzinde 130-dan çox tük tökülürse, bu, artıq patologiya sayılır. Onunla mübarize aparılmalıdır. Bes saç tökülmesine qarsı ne etmeli? Tüklerin seyreklesmesini ve keçellesmeni aradan qaldıran üsullarla tanıs olaq.

Saç tökülmesine qarsı ne etmeli – 5 faydalı meslehet

  • Yuxu rejiminizi tenzimleyin. 8 saatlıq yuxu ebes yere gözellik yuxusu adlandırılmır. Tük soğanaqlarının aktivliyi gece saatlarında 2-3 defe artır. Onlar gün erzinde toplanmıs qida maddelerini tüklere ötürür. Az yatan sexslerde saçlar normal qidalanmadığından tökülmeye baslayır.
  • Piyada gezin. Az hereketli heyat terzi orqanizme menfi tesir gösterir. Hipodinamiya bas derisinde geden prosesleri lengidir. Tük follikullarının normal fealiyyeti üçün her gün 30 deqiqenizi gezintiye ayırın.
  • Siqaret ve alkoqoldan imtina edin. Orqanizmi zeherleyen maddeler tüklerin qocalıb tökülmesine serait yaradır. Bele insanlarda neinki saçlar, hetta qas ve kiprikler de tökülür.
  • Qida rasionunuza vitaminler elave edin. Balanslasdırılmıs qidalanma 2 hefteden sonra öz neticesini gösterir. Saçlar möhkemlenir, daha az tökülür.
  • Ciddi pehrizler saxlamayın. Ağır dieta rejiminde olan qadınların 30%-de saçların seyreklesmesi müsahide edilir. Arıqlamaq isteyirsinizse, idman mesqlerine ve dietoloqa üz tutun.

Saç tökülmesine qarsı ne etmeli – mütexessislerin tövsiyeleri

  • Düzgün daraqdan istifade edin. Onun ağacdan ve plastikden hazırlanmasına fikir verin. Bele ki, metal disli daraqlar bas derisini zedeleyerek, tökülmeye sebeb olur.
  • Soyuqdan qorunun. Qısda papaq taxmaq zeruridir. Çünki havanın temperaturu 0°C-den asağı olduqda, tük follikulları zeifleyir.
  • Günesden qorunun. İsti hava ve günes süasının birbasa tesiri tük köklerine zerer vurur.
  • Fenden çox istifade etmeyin. Bu halda tükün ömrü 2-3 defe qısalır.
  • Maska, sampun ve balzamı düzgün seçin. Meselen, kepek yüksek yağlanmadan xeber verir. Bele hallarda bas derisinin yağlılığını azaldan vasiteler alınmalıdır. Elece de klimaks dövründe saç tökülürse, kofeinli maskalar faydalı sayılır. Saçınız zeif, tez qırılan ve solğundursa yanmıs saçlar üçün maskalar meqsedeuyğundur.
  • Saçınızı tez-tez boyamayın. Boyaların terkibindeki kimyevi maddeler tük soğanaqlarını zedeleyir.

Saç tökülmesine qarsı ne etmeli foto 1

Ev seraitinde saç tökülmesine qarsı ne etmeli?

Tebii ki, saçınız tökülürse, ilk növbede dermatoloq, hekim kosmetoloq ve ya trixoloqa müraciet etmeyiniz gerekdir. Eger hekime getmeye imkanınız yoxdursa, müveqqeti sekilde asağıdakı metodlardan istifade ede bilersiniz.

Saç tökülmesine qarsı ne etmeli – atpıtrağı ile yaxalamaq

Atpıtrağı (lopux) demlemesinin stimuleedici tesiri 2-3 hefte erzinde özünü büruze verir. Saçları onunla yaxaladıqda tökülme dayanır, teller qalınlasır ve parıldayır.

4

Bu meqsedle teze atpıtrağını götürüb, köklerini kesin ve temizleyin. Yarpaqlarını çıxartdıqdan sonra kökleri qazana atın. Üzerine su töküb, 3-4 saat qaynadın. Hazır mayeni tenzifden süzün. Heftede 2-3 defe bu demleme ile saçınızı yaxalayın. Onun sayesinde kepek probleminden de qurtulacaqsınız.

Bundan elave saç tökülmesi üçün sarımsaq maskası da arzuolunan netice verir. Evde maska hazırlamaq istemirsinizse, saç tökülmesine qarsı sampunları sınaya bilersiniz.

Saç tökülmesine qarsı ne etmeli foto 3

Saç tökülmesine qarsı ne etmeli – duz masajı

Xörek duzu ile bas derisinin masajı saç tökülmesine qarsı mübarizede ideal metodlardandır. Onun effekti quru saçlarda daha mükemmel olur. Bunun üçün saçınızı nemlendirib, tüklerin dibini duzla masaj edin. 15 deqiqe gözleyib basınızı yuyun. Duz qalıqlarını yaxsıca temizlemeyi unutmayın. Masaj sayesinde tük follikulları aktivlesir, onların qidalanması ve metabolizmi güclenir.

Saç tökülmesinde ne etmeli – soğan maskası

  • 1 eded soğan
  • 1 çay qas. duru bal
  • 1 xör.qas. bitki yağı
  • 6-9 damcı gül suyu

Soğanı ezib, suyu çıxarın. Üzerine bal, bitki yağı ve gül suyu elave edin. Yaxsıca qarısdırıb, saçınızın dibine sürtün. 45 deqiqe gözledikden sonra isti su ile yaxalayın. Ardınca sampunla yuyun. Bu maska quru saçlarda daha effektiv olur.




Daha çox melumat

Rəy yazın

Back to top button